Qərbi Kaspi Universiteti İnsan Resursları üzrə mütəxəsis vəzifəsinə Vakansiya elan edir

Qərbi Kaspi Universiteti İnsan Resursları üzrə mütəxəsis vəzifəsinə Vakansiya elan edir

Tələblər:
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
– Ali təhsilli;
– Bu sahədə minimum 3 il iş təcrübəsi;
– E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
– Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
– Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
– Ünsiyyət qurma bacarığı;
– Problemləri həlletmə bacarığı;
– Detallara xüsusi diqqətlilik;
– Stresə davamlı.

Vəzifə öhdəlikləri:

– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;

– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;

– Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;

– Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;

– Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;

– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;

– Kadr bazasının yaradılması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button