Qərbi Kaspi Universiteti İT laboratoriyasına proqramçı vəzifəsinə vakansiya elan edir

İT laboratoriyasına proqramçı vəzifəsinə vakansiya

Namizədə olan tələblər :

-Ali Komputer elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil

-Müvafiq sahə üzrə minumum 3-5 il iş təcrübəsi

-Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilməli

-Kollektivlə işləmək bacarığı, diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmalı

-Analitik düşünmək, prosesləri analiz edib ona uyğun proqram tərtibi.

-Gərgin iş rejimində işləmə, çevik qərar vermə və problemi həll etmə bacarıqları

-Verilmiş tapşırıqları dəqiq və vaxtinda yerinə yetirilməsi

– Komanda şəklində fəaliyyət

Vəzifə öhdəlikləri :

-HTML, CSS (Bootstrap), JavaScript, Ajax, JSON, Vue.js PHP, MySQL, API sorğuların hazırlanması, Codeigniter framework, OOP, MVC struktur üzrə işləmə bacarığı.

-hər hansı PHP framework-ə uyğunlaşma bacarığı (Laravel, Zend)

-Linux, CRM, ERP sistemləri üzrə proseslərin yazılması.

-Tapşırığa əsasən yeni Veb proqram təminatların hazırlanması

-Hazır platforma üçün funksional modulların hazırlanması

-Mövcud veb proqramları təkmilləşdirmək

-Universitetin veb-layihələrinin hazırlanması, inkişafı və texniki dəstəyi

-Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq

-Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək

Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd etməklə [email protected] email ünvanına göndərə bilərlər. Əməkhaqqı müsahibə əsnasında namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcək.

Bir cavab yazın

Back to top button