Qərbi Kaspi Universiteti Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri vəzifəsinə vakansiya elan edir

VAKANSİYA

Qərbi Kaspi Universiteti Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri vəzifəsinə vakansiya elan edir

Tələblər:

– Ali təhsil
– Elmi dərəcənin olması arzuolunandır
– İngilis dilini yüksək səviyyədə bilməlidir
– Təhsil sahəsində iş təcrübəsi
– Təşkilatçılıq bacarıqları, təşəbbüskarlıq

İş öhdəlikləri:

– tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə təkliflər hazırlamaq, inkişaf konsepsiyalarının formalaşdırımasında və icrası prosesində iştirak etmək;
– imtahan və kollokviumların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq;
– təhsil prosesində kəmiyyət və keyfiyyət göstəricilərini yoxlamaq;
– öz səlahiyyətləri daxilində kütləvi tədbirlər təşkil etmək;
– mərkəzdə görülən bütün işlərin Universitetin struktur bölmələri ilə qarşılıqlı əlaqədə və müasir informasiya texnologiyalarından geniş istifadə edilməklə göstərilməsi üçün tədbirlər görmək;
– fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı Universitet rəhbərliyinə təkliflər vermək;
– Universitet üzrə payız və yaz semestrlərinin, həmçinin aralıq imtahanlarının düzgün təşkilinə nəzarəti həyata keçirmək
– Tələbələr ilə tədris prosesinin keyfiyyəti, universitetdə yaradılan şərait, təhsil verənlərin bilik və bacarıq səviyyəsi və s. haqqında sorğular keçirmək;
– İmtahanlara hazırlıq üçün müəllim və tələbələrin qarşılıqlı fəaliyyətinin səmərəliliyinə nəzarət etmək;
– Tələbələrin imtahana hazırlıq üçün istifadə etdiyi mənbələrin vəziyyətinin (forma, uyğunluq, nəşr ili və s.) yoxlanılmasını təşkil və təmin etmək və s.

Komandamıza qoşulmaq üçün Motivasiya məktubunuzu və CV-nizi aşağıdakı mailə göndərmək lazımdır: [email protected]

Bir cavab yazın

Back to top button