Qərbi Kaspi Universiteti Onlayn və Distant təhsil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

Qərbi Kaspi Universiteti Onlayn və Distant təhsil üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

Namizədə olan tələblər :

– Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilməli
– Distans və onlayn təhsillə bağlı təcrübəyə malik olmalı
– Araşdırmaya həvəsli olmalı
– Komandada işləməyi bacarmalı

Öhdəliklər:

– Distant və Onlayn təhsil üçün proqram təminatı, kontent yaradılması və interaktiv medianın tövsiyə edilməsi və araşdırılması.
– Tədris məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün distant və onlayn təhsil strukturunun müəyyənləşdirilməsi.
– Tərəfdaşlar ilə əməkdaşlıq edilməsi və təlim məqsədləri ilə layihənin ehtiyaclarına cavab verən təlim materiallarının hazırlanması
– Distant və onlayn təhsil çərçivəsində effektivliyin idarə edilməsi üçün məqsədləri təyin etmək, məhsuldarlığı izləmək
– Mətnlər, təlim mətnləri, audio və video skriptlər yazmaq bacarığı.
– Materialları yeniləmək, araşdırmaq və təkmilləşdirmək üçün digər şöbələr və bu sahə üzrə mütəxəssislər ilə birlikdə işləmək bacarığı.
– Mürəkkəb (kompleks) öyrənmə nəzəriyyələri, qiymətləndirmə və qiymətləndirmə metodları barəsində məlumatlı olma, həmçinin öyrənmə üslublarını dərindən anlama bacarığı
– Tədrisdə ixtisaslaşmış və təhsil məzmununu inkişaf etdirmək üçün bu sahə üzrə mütəxəssislər ilə əlaqə qurmaq bacarığı.
– Rəhbərlik, həmkarlar, digər şöbələr və bu sahə üzrə mütəxəssislərlə həm müstəqil, həm də komanda mühitində səmərəli işləmək bacarığı.
– Mükəmməl texnoloji bacarıqlar, yazılı və şifahi ünsiyyət və analitik bacarıqlar.

CV-ləri aşağıdakı mailə göndərmək olar:
[email protected]

Bir cavab yazın

Back to top button