10 Sentyabr 13:20

QƏRBİ KASPİ UNIVERSİTETİ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

QƏRBİ KASPİ UNIVERSİTETİ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

Qərbi Kaspi Universiteti fəaliyyətini genişləndirməsi və şaxələndirməsi, maddi-texniki bazasını yeniləməsi, yeni ixtisasların açılması ilə əlaqədar olaraq peşəkar mütəxəssisləri və pedaqoqları əməkdaşlığa dəvət edir.

Özünü təhsil sahəsində sınamaq istəyən, idarəçilik potensialı olan şəxslər də müraciət edə bilər.

Universitet aşağıdakı sektorlar üzrə kadrları işə dəvət edir
(pedaqoq və administrativ heyət üçün):
– İT mühəndisi
– Mexanika mühəndisi
– Elektronika mühəndisi
– Dizayner
– Nəşriyyat işi üzrə mütəxəssis
– İngilis dili müəllimi

Namizədlərə qarşı irəli sürülən tələblər:
– Müvafiq sahə üzrə iş təcrübəsi
– Innovativ və müasir üsullardan istifadə bacarığı
– Elmi-tədris işləri ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanması
– Komandada işləmək bacarığı
– Müvafiq sahə üzrə elmi dərəcə, həmçinin ingilis və rus dili biliyinin olması arzuolunandır

Yuxarıda qeyd edilən kriteriyalara cavab verən şəxslər sənədlərini aşağıdakı maillərə göndərə bilərlər:

[email protected]

Əlaqə nömrəsi: 012 492 61 63

Bəyən və paylaş

Rəylər

rəy(lər)