Qərbi Kaspi Universiteti Texnoparkına rəhbər vəzifəsinə vakansiya elan edir

Qərbi Kaspi Universiteti Texnoparkına rəhbər vəzifəsinə vakansiya elan edir:

Tələblər:
– Texniki sahədə təhsil və iş təcrübəsi
– Elmi dərəcənin olması arzuolunandır
– Rus və ingilis dillərini bilməsi arzuolunandır
– Mühəndislik sahəsində innovativ təşəbbüskarlılıq
– Təşkilatçılıq bacarıqları

İş öhdəlikləri:
– Tələbələrdə innovativ düşünmə qabiliyyətinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının təşviq edilməsi
– Bu sahə ilə bağlı müxtəlif layihələrin, müsabiqə və yarışların təşkili
– Bu sahə ilə bağlı layihələrdə tələbələrin iştirakçılığının təmin olunması
– Beynəlxalq əlaqələrin yaradılması istiqamətində təşəbbüslər
– Maddi-texniki bazanın yaxşılaşdırılması ilə bağlı təkliflər vermək
– Texnoparkın nəzdindəki İdeya Bankı, Texnologiya Prototip Mərkəzi, Biznes İnkubatoru və Startap Dəstək Ofisində (Startup Promotion Office) yaradıcı təşəbbüskarlığı təşviq edən layihələrin həyata keçirilməsi
-Dövlət idarə, müəssisə və təşkilatlarını, o cümlədən də yerli və beynəlxalq müəssisələri, şirkətləri və təşkilatları texnoparkda fəaliyyət göstərməyə cəlb etmək və onların inkubasiyada olan strataplara dəstək vermələrini təmin etmək
– Yerli və xarici texnoparklarla əməkdaşlıq, Xarici ölkə universitetlərinin texnoparklarına ezamiyyətlər təşkil etmək və xarici mütəxəssislərin Qərbi Kaspi Universiteti tərəfindən yaradılmış texnoparka dəvət edilməsini təmin etmək

Komandamıza qoşulmaq üçün CV-ləri Mövzu yerində “Texnopark” yazaraq aşağıdakı mailə göndərmək lazımdır: [email protected]

Bir cavab yazın

Back to top button