13 Mart 13:47

Qeydiyyatçı – Ofis menecer vakansiyası

“SMART AUDİT” MMC “Qeydiyyatçı –Ofis meneceri” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

• Şirkət qonaqlarının  qarşılanması,  köməklik göstərilməsi, istiqamətləndirilməsi;

• Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi;
• Məktubların qəbul edilməsi, müvafiq departamentlərə yönləndirilməsi və məktubların göndərilməsi;
• Sənədlərin scan edilməsi, vaxtında qovluqlara səliqəli formada yığılması;
• Sənədlərin və elektron məlumatların saxlanılmasına nəzarət;
• İnzibati şöbənin tələblərinə uyğun olaraq həftəlik, aylıq hesabatların hazırlanması;
• Ofis avadanlıqlarına (ləvazimatlarına) nəzarət: Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılmalı; Ofis ləvazimatlarının miqdarına mütəmadi olaraq nəzarət edilməli, ləvazimatlar bitməzdən öncə sifariş edilməli;

Vəzifə ilə bağlı tələblər:

• Təhsil – Ali təhsil – (bakalavr);
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Həm yazılı həm də şifahi ünsiyyət bacarıqları;
• Professional görünüş;
• Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə öyrənmək qabiliyyətləri tələb olunur.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 400 AZN (həmçinin digər motivasiya tədbirləri)

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Qeydiyyatçı – Ofis menecer Edumap.az” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)