Cümə axşamı, 21 Avqust, 2025

Qeydiyyatçıvakansiyası


  • Dərc edildi: 27 Avqust, 2021 - 14:33
Qeydiyyatçıvakansiyası

“Sağlam Ailə” tibb mərkəzi Qeydiyyatçıvakansiyası elan edir. Vəzifə və öhdəliklər: • Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır; • Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir; • Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır; • Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır; • Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir; Namizədə olan tələblər: • Ali və ya orta ixtisas təhsil; • Azərbaycan, rus dili biliyi - əla; • Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; Qeyd: • İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət; • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Əmək haqqı müsahibə əsasında razılaşdırılır; • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; • Şirkət daxili təlim və inkişaf imkanları. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7147
Sumqayıt Dövlət Univ...