Qeydlərin aparılmasının ən təsirli üsulu: Kornel metodu

Bəs siz, qeydlərinizi üçün hansı metodlardan istifadə edirsiniz? Qeydlərin aparılmasının ən təsirli üsulu: Kornel metodu   Qeyd götürənin aktiv öyrənmə prosesində iştirakını təmin edən bu üsul 1940-cı illərdə Kornel Universitetinin professoru Walter Pauk tərəfindən hazırlanmışdır.   📌 Kornell texnikası qeydlərinizi nəzərdən keçirmək və nizamlamaq üçün daha sürətli üsuldur. Qısa müddətdə çox şey öyrənə biləcəyiniz üçün də effektiv öyrənmə üsuludur. Texnika həm qeyd aparma, həm də öyrənmə sistemi olduğundan, o, altı addımdan ibarətdir;   📍1- Qeyd: Əhəmiyyətli hesab edilən hər hansı məlumat dəftərdə qeyd edilməlidir. Tapşırığı oxuyarkən və ya mühazirə dinləyərkən vərəqin sağ tərəfində qeydlər aparın. Bu sütunu cümlələr, paraqraflar, konturlar, diaqramlar və ya rəsmlərlə doldurun.   📍2- Suallar verin: Kağızın sağ tərəfində götürdüyünüz qeydləri bir sıra cavablar kimi düşünün. İndi solda qeydlərinizə uyğun olan mümkün test suallarını sadalayın. Hər bir əsas termin və ya məqamlar üçün bir sual yazın. Siz həmçinin bu bölmədə qeydlərinizdə açar sözləri sadalaya bilərsiniz. Bu bölməni çox təfərrüatla doldurmamalısınız.   📍3- Təkrarlamaq: Qeydlərinizin sağ tərəfini boş vərəqlə örtün. Sonra sol sütunda yazdığınız hər bir maddəyə baxın və bu barədə danışın. Əgər sual yazmısınızsa, hər suala cavab verin. Açar sözlər yazmısınızsa, hər sözü təsvir edin və nə üçün vacib olduğunu danışın. İşarələr sütununda başlıqlar yazmısınızsa, hər birinin nə demək olduğunu izah edin və dəstəkləyici təfərrüatları təqdim edin. Oxuduqdan sonra qeydlərinizi açın və qaçırdığınız məqamları tapın.   📍4- Refleksiya: Bu öyrənilən məlumat haqqında düşünməkdir. Müəyyən bir mövzu üzərində düşünməyin bir yolu sual verməkdir. Bu, müzakirə olunan mövzu ilə bağlı "daha böyük və aydın mənzərəyə" sahib olmağa imkan verəcək.   📍5- Xülasə: Müəyyən bir mövzunu öz sözlərinizlə ümumiləşdirməlisiniz. Bununla siz məlumatı dərslikdən və ya müəllimdən alınan məlumatlardan daha yaxşı başa düşə bilərsiniz. Bunun üçün səhifənin aşağı hissəsindən istifadə edə bilərsiniz.   📍 6- Nəzərdən keçirin: Müəyyən edəcəyiniz aralıqlarla qeydlərinizi nəzərdən keçirmək vacibdir.   Mənbə: matematiksel Hazırladı: Edumap.az Təhsil Portalı
___________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az