6 İyul 13:05

Qeyri-Formal Təhsil – Forum Teatr

Azərbaycan Sosial İş İctimai Birliyi və Creative Development Center “Qeyri-Formal Təhsil – Forum Teatr” sahəsində təlimlər elan edir. Gənclərə “Gənclərin əmək bazarına inteqrasiyası” və “Gənclərin təhsilə əlçatanlığının artırılması” mövzularında təlimlər keçiriləcək.

Seçilmiş 18-35 yaş arasında 15 gənc 11-12 avqust saat 14:00-18:00 və 15 gənc isə 18-19 avqust 14:00-18:00 tarixlərində təlimlərdə iştirak edəcək.

Təlimlər Forum Teatr üzrə TOT (Training of Trainers) keçmiş gənclər tərəfindən keçiriləcək.

Seçimlərdə gender bərabərliyi nəzərə alınacaqdır!

Təlimlər ÖDƏNİŞSİZDİR!!!

Təlimdə fəal iştirak edən gənclər 4-7 Oktyabr 2018-ci il tarixlərində Tbilisi, Gürcüstanda keçiriləcək layihənin bağlanış mərasimində iştirak etmək şansı qazanacaq.

Qeydiyyat üçün link:
https://goo.gl/forms/Yw073QlRKNoAXJIH2

Müraciət üçün son tarix: 01.08.2018-ci il

Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
(051) 503 03 06 – Xanbala Əhmədli
(070) 537 21 84 – Pünhani Əsgərli

Bəyən və paylaş

Rəylər

rəy(lər)