Qəzetlərdə və xəbər saytlarında çalışan jurnalistlər arasında müsabiqə

Universal Dizayn” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə əməkdaşlıqda Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində respublikada fəaliyyət göstərən qəzetlərdə və xəbər saytlarında çalışan jurnalistlər arasında müsabiqə elan edir: “Ən yaxşı məqalə” müsabiqəsi Müsabiqənin mövzusu: Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində nailiyyətlər və problemlər Aşağıda qeyd olunan sahələri təsvir edən yazılara üstünlük verilir:
  1. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün özəl qurumların səyləri;
  2. Əlilliyi olan şəxslərin məşğulluq (o cümlədən biznes) sahəsində uğurları;
  3. Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında internet resurslarının rolu;
  4. Əlilliyi olan şəxslərin işlə təmin olunma sahəsində qarşılaşdığı çətinliklər.
  Qaydalar: Təqdim olunacaq məqalələr:
  • müsabiqə mövzusuna uyğun olmalıdır;
  • ən azı bir qəzet yaxud bir xəbər saytında dərc olunmalıdır;
  • məqalənin axırında bu mətn qeyd olunmaldır “Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır”
  • Əlil Təşkilatları İttifaqının (Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı www.udpo.az | Facebook) səhifəsi tag olunmaqla ən azı bir sosial şəbəkədə yayımlanmalıdır;
  • Əlil Təşkilatları İttifaqının email ünvanlarına ([email protected] , [email protected] ) göndərilməlidir (dərc edildiyi qəzet/internet xəbər saytının və yayıldığı sosial şəbəkələrin linkləri ilə birgə).
  Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 12 sentyabr 2021-ci il. Qiymətləndirmə haqqında:
  1. Təqdim edilən məqalələrin qiymətləndirilməsi və müsabiqə qaliblərinin seçimi müstəqil ekspertlər tərəfindən aparılacaq.
  2. Seçim meyarlarına aşağıdakılar daxildir:
  • materialın verilən mövzuya uyğunluğu,
  • yazının peşəkarlıq səviyyəsi,
  • oxucu auditoriyasının genişliyi,
  • sosial şəbəkələrdə alınan rəylər.
  1. Məqalələrin hazırlanması zamanı konkret uğurlu tarixcələrin və yaxud problemli situasiyaların təsvir olunması tövsiyyə olunur.
  Mükafatlandırma: Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
  • I yer - 500 AZN
  • II yer - 300 AZN
  • III yer - 200 AZN
  • 7 nəfər həvəsləndirici diplom
    Ətraflı məlumat: Əlil Təşkilatları İttifaqı Mətbuat Xidməti Telefon: (+994 12) 434 48 36, (+994 12) 434 93 29 mobil: (+994 50) 371 03 02 E-mail:[email protected][email protected][email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az