7 Noyabr 10:27

“QHT Məktəbi” növbəti qış proqramına qəbul elan edir

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq çərçivəsində “QHT Məktəbi” növbəti qış proqramına qəbul elan edir.

Mərkəzdən edumap.az-a verilən məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq 2002-ci ildə Azərbaycanda yaranan bu məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.
Bu günədək 1365-ə yaxın məzunu olmuş məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarə edilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.
Nəzəri və praktiki hissələrdən ibarət olan qış təlimləri 2 ay davam edəcək.
İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.
Məktəbdə iştirak etmək istəyənlər 11 noyabr tarixinədək CV-lərini [email protected] elektron ünvanına göndərməlidirlər.
Bəyən və paylaş

Rəylər

rəy(lər)