Qida sahəsi üzrə baş mexanik vakansiyası

Vəzifə öhdəlikləri:
  • Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
  • Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
  • Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
  • Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
  • Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
  • Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Tələblər:
  • Sahə üzrə Ali təhsil
  • Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində, İngilisvə Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
  • Təzyiq altında işləmə bacarığı;
  • Problemlərə çevik yanaşma
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  Əlavə məlumat:
  • Əmək haqqı;razılaşma yolu ilə
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində“Qida sahəsi üzrə baş mexanik”qeyd etməkləCV ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Şirkət haqqında 20ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir. Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verirlər. İstehsal olunan dondurmalar içində adı və dadı dillər əzbəri olan “Bakılı Qız”, “Malik” , "SEVGİ" brendlərinin özünəməxsus yeri var. “Buzlar diyarı” anlamını daşıyan “ICELAND” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün “ICELAND” ticarət nişanı yerli bazarda ən nüfuzlu dondurma markasıdır.
  • Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 "Camal" LTD şirkəti
  • Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07
  • Vebsayt: iceland.az
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az