QİDA TƏHLÜKƏSİZLİYİ MİLLİ TƏHLÜKƏSİZLİYİN  TƏRKİB HİSSƏSİDİR

QİDA TƏHLÜKƏSİZLİYİ MİLLİ TƏHLÜKƏSİZLİYİN  TƏRKİB HİSSƏSİDİR

Bu sahənin gənc mütəxəssisi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin həmsədri Məhsəti Hüseynova hesab edir ki, zərərli qidalar insanı məhvə aparan genetik silahdır. 

…Əslində yanlış qidalanma, qeyri-orqanik, geni dəyişmiş ərzaqlardan istifadə bir çox hallarda sağalmaz xəstəliklərin yaranma səbəbinə çevrilməklə yanaşı, həm də ən böyük təhlükəlisi milli genefondumuza vurulan sağalmaz yaradır. Bu yaranın fəsadlarının miqyası barədə ciddi düşünəndə, problemin həqiqətən də milli təhlükəsizlik xarakteri daşıdığı danılmaz fakta çevrilir. Məhz bu səbəbdən son illər həm hökumət tərəfindən, həm də vətəndaş cəmiyyəti institutlarının xətti ilə sahəyə diqqət ön plana çəkilib, əhali arasında sağlam qidalanmaya, sağlam həyat tərzinə yönəlik maarifləndirmə işləri mütəşəkkil xarakter alıb.                                                                                                    Maarifləndirmə və təbliğat fəaliyyətinin üst qurumu sahəyə aid elmi araşdırmalar, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənən faydalı ədəbiyyat nümunələri sayılır. Məhsəti Hüseynova gənc və perspektivli alimlərimizdən, məhz qida təhlükəsizliyi sahəsində respublikanın azsaylı mütəxəssislərindən biridir.

***************************************************************

“1983-cü il noyabrın 28-də Sumqayıtda anadan olub. Bakının Nərimanov rayonundakı pilot orta məktəbi əla qiymətlərlə bitirib. 2004-cü ildə ABU-nun filologiya fakültəsini, 2007-ci ildə də Dillər Universitetinin magistratura pilləsini fərqlənmə ilə başa vuran Məhsəti Hüseynova Bakı Avropa Liseyində ingilis dili müəllimi, 2007-2019-cu illərdə “Vneşekspresservis” MMC-nin informasiya və tərcümə departamentində menecer kimi çalışıb. 2017-ci ilin fevralından “Gənclərin Töhfəsi” İB-nin icraçı direktorudur. Rus, ingilis və türk dillərində sərbəst danışır.  Ailəlidir, 2 övladı var”.  (portretin yanında)

****************************************************************

O, Gənclər Fondunun həyata keçirdiyi çoxsaylı layihələrdə baş təlimçi, layihə rəhbəri qismində çalışıb. 2017-2019-cu illərdə Portland İstanbul NLP Academi İnternational Groupun təhsil kursunu uğurla başa vuran, beynəlxalq sertifikat qazanan Məhsəti xanım ötən ilin iyununda Bakıda keçirilən “Sağlam Qida könüllülərinin 1-ci Respublika Forumu”nun təşkilatçısı və layihə rəhbəri olub. Oktyabr ayında Türkiyənin Sakarya şəhərində düzənlənən Kimyəvi elmlər və texniologiyalar üzrə III Beynəlxalq Türk Dünyası konfransında iştirak edən Məhsəti Hüseynovanın türk və ingilis dillərində çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ötən ilin noyabrında isə o, Manisada qardaş ölkənin Gənclik və İdman Nazirliyinin düzənlədiyi “Genclik çalışmalarında sürdürülebilir Gönüllülük” proqramında Azərbaycanı layiqincə təmsil edib. Məhsəti xanım ictimai-mədəni tədbirlərin fəal iştirakçısı olmaqla yanaşı, eyni zamanda “Qida təhlükəsizliyi və İnsanı məhvə aparan genetik silah – GDO” ikicildliyin və “Sağlam gələcək sağlam qidadan başlayır” kitablarının həmmüəllifidir. Sağlam qidalanma kimi spesifik sahəyə aid ölkədə ilk elmi nəşrlərdən hesab olunan bu dəyərli tədqiqat əsərlərində əhaliyə, xüsusən də gənclərimizə sağlam həyat tərzini formalaşdırmaq, qida təhlükəsizliyi, düzgün və sağlam qidalanma rejimi, müasir dövrün genetik silahı hesab olunan geni dəyişdirilmiş orqanizmlər barədə faydalı, maarifləndirici məlumatlar verilir.   Bizimlə söhbətində gənc alim qeyd edib ki, bu kitabların qələmə alınmasında əsas məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində yarana biləcək xəstəliklərdən qorumaq, zərərli vərdişlərdən çəkindirmək, sağlam qidalanma və düzgün həyat tərzinin üstünlükləri barədə maarifləndirməkdir. Məhsəti Hüseynova onu da bildirib ki, “Gənclərin Töhfəsi” İctimai Birliyinin www.saglamqida.az saytında davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin ziyanı və ondan xilas olmağın yolları, asudə vaxtın səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və faydalı qidaları ayırdetmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətləri barədə operativ məlumatlar, eləcə də hesabatlar, maarifləndirici videoçarxlar yerləşdirilir.                                                                                                                 “Gənclərin Töhfəsi” İctimai Birliyi neçə ildir ki, düzgün qidalanmanın və sağlam həyat tərzinin əhəmiyyətini uşaq və yeniyetmələrə, gənclərə çatdırmaqdan ötrü uşaq bağçalarında, məktəblərdə, ali təhsil müəssisələrində mütəmadi maarifləndirici tədbirlər keçirir. “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq”, “Narkomaniyaya və alkoqolizmə yox deyək!”, “Gender zorakılığı”, “Erkən nikahın fəsadları” və s. mövzulu seminarlarda ekspert-təlimçi qismində çıxış edən gənc alim problemin daim diqqət mərkəzində saxlamağın vacibliyini önə çəkir.                                                     9 fevral parlament seçkilərində Bakı şəhəri 20 saylı Nərimanov ikinci seçki dairəsindən  deputatlığa namizədliyi qeydə alınmış Məhsəti Hüseynova seçicilərin etimadını qazanacağı təqdirdə ölkənin ali qanunvericilik orqanı – Milli Məclisdə məhz qida təhlükəsizliyi ilə bağlı problemləri gündəmə gətirəcəyini, bu sahə ilə bağlı zəruri qanunların qəbul olunmasına çalışacağını söyləyir.                                                       Bizə isə dövlətin və millətin gələcəyi naminə gördüyü olduqca faydalı işlərində, ictimai-pedaqoji fəaliyyətində Məhsəti xanıma daha böyük uğurlar diləmək qalır.

Bir cavab yazın

Back to top button