14 Dekabr 12:04

“Qış tətili” uşaq macəra filminin təqdimatı keçiriləcək

Edumap.az xəbər verir ki, Uzun illər uşaq filminin çəkilməsi arzu olaraq qalırdı. Bu gün artıq inkişaf edir. My Production komandası “Qış tətili” uşaq macəra filminin təqdimatına hazırlaşır. Uşaqların sevəcəyi ikinci film gəlir. Məlumat üçün bildirək ki, noyabr ayının 1-dən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı, Teymur Nəcəf-in rəhbərlik etdiyi “My Production”nın istehsalı olan “Qış tətili” uşaq macəra filminin çəkilişlərinə başlanıldı. Film Bakı şəhəri və Xaçmaz rayonunda çəkildi və tamamlandı. Onu da bildirək ki, rejissor Teymur Nəcəfovun ekranlaşdıracağı filmdə iştirak edən aktyorlar uşaqlardan təşkil olunub. Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Veliyevdə əsas rollardan birini canlandırıb.

Rejissor Teymur Nəcəfov filmin musiqi tərtibatına da xüsusi diqqət ayırıb və bu işi öz işinin peşakarı olan Ləman Nəcəf və Rövşən Mühəmmədə həvalə edib. Qeyd edək ki, “Qış tətili” filminin öz xüsusi mahnıları yazılıb və mahnılar bəstəkar Nailə xanım Mirməmmədlinin tələbəsi filmdə Kazım rolu Mirabbas Babayev tərəfindən səsləndirilib. Sonda isə bildirək ki, Avropa janrında çəkilən “Qış tətili” uşaq macəra filmi yaxın zamanlarda bütün kinoteatrlarda nümayiş olunacaq.

Təqdimat 20 Dekabr saat 19:00-da keçiriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)