Qısa müddətdə xarici dil öyrənməyin 12 qızıl qaydası

İrlandiyalı poliqlot Benny Lewis sərbəst olaraq 11 dildə danışmağı bacarır və qətiyyən bununla kifayətlənməyi düşünmür. Benny dil öyrənmənin qaydaları haqqında bir çox material yazmış, metodika və proqramlar hazırlamışdır.

BennyPR-0023-copy-622x414

Sizə onun dil öyrənmək barəsində verdiyi 12 tövsiyənin daxil olduğu məqaləni təqdim edirik. Oxuyun, yararlanın:

Lazımlı sözləri doğru üsullarla öyrənin

Bir dildəki bütün sözləri bilmək heç də gərəkli deyil ki, həmin dildə danışasan. Düzünə qalsa, bizim çoxumuz heç doğma dilimizdəki bütün sözləri bilmirik. Məsələn, ingilis dilində mətnin 65%-i 300 təkrarlanan sözdən ibarət olur. Bu cür sözl’r istənilən digər dillərdə də mövcuddur. Həmin sözləri bilmək kifayətdir ki, dilin əsasını təşkil edən ifadələri və çətin olmayan dialoqları başa düşəsən. Yeni sözlər öyrənməyin ən yaxşı üsulu isə əvvəlcədən hazırlanmış söz kartlarıdır. Onlara müəyyən zaman fasilələriylə bir neçə dəfə nəzər salmaq lazımdır ki, yaddaşınızda qalsın

Doğma sözləri öyrənin

Doğma sözlər – bu sizin öz dilinizdə olan və öyrəndiyiniz dildə də eyni mənaya gələn sözlərdir. Məsələn, fransız, ispan, portuqal, italyan dilləri, ingilis diliylə bir çox ortaq sözlər paylaşır. Bir çox dillərdə ümumi köklü sözlər mövcuddur ki, onlar bir az yazılışda bir-birindən fərqlənirlər.  (Azərbaycan dilində də bir çox alınma sözlər mövcuddur – red.Pahoo)

Öyrəndiyiniz dil ilə hər gün əlaqədə olmağa çalışın

Bunun üçün mütləq həmin dilin danışıldığı ölkəyə getmək lazım deyil. Onlayn radiolara qulaq asın, tərcüməsizfilmlərə  baxın, Youtube kanallarından istifadə edin, xəbərlər və bloqlar oxuyun – indiki dövrdə imkanların sayı-hesabı yoxdur.

Öyrəndiyiniz dil doğma dili olanlarla Skype vasitəsiylə danışın

Bu və ya digər proqramdan istifadə edərək, dünyanın istənilən ölkəsindən olan insanlarla mədəni ünsiyyətə keçə, həm maraqlı insanlar tanıya, həm də xarici dil öyrənə bilərsiniz.

Pulunuza qənaət edin. Ən yaxşı resurslar pulsuzdur.

Olduqca çox sayda pulsuz və mükəmməl resurslar mövcuddur. Əsas olan tənbəllik etməmək və onlardan istifadə etməkdir.

Xarici dil öyrənməyə başlamaq üçün heç vaxt gec deyil

Ən çox yayılmış ifadə də məhz budur: “Mənə tanış olmayan hər hansı bir dildə danışmağı öyrənmək üçün artıq gecdir.” Hələ ki, heç bir araşdırma insanların yaşlarının artıqca dil qabiliyyətlərinin azaldığını sübut etməyib.

Bağlantılar fikirləşin

Yeni öyrəndiyiniz sözləri daha yaxşı yadda saxlamaq üçün, onlarla bağlı hekayələr və ya maraqlı şeylər fikirləşin. Özünüzə nəql edin. Bu hekayələr sizdə konkret sözlərlə bağlı asossiasiyalar yaradacaq və həmin sözlər də tezliklə sizin lüğət ehtiyatınızın bir hissəsinə çevriləcək.

Səhvlərinizi qəbul edin

Ünsiyyətdən qorxmayın. Problem sizin dili həqiqətən öyrənə bilməyəcəyinizdə deyil. Bu sadəcə ünsiyyət vasitəsidir. Dilləri təkcə öyrənmək olmaz, onlardan istifadə etmək vacibdir. İnsanlar bəzən o qədər ideal danışmağa cəhd edirlər ki, bu cəhdləri uğursuz alındıqda, həvəsdən düşür və ümumiyyətlə dil öyrənməkdən imtina edirlər. Bu problemin öhdəsindən gəlməyin ən yaxşı yolu isə öz səhvlərinə gülməyi bacarmaq və mükəmməl olmamağa çalışmaqdır.

Qarşınıza “ağıllı” məqsədlər qoyun

Adətən biz qarşımıza belə məqsəd qoyuruq: İspanca öyrənmək. Bəs siz hardan biləcəksiniz ki, artıq onu öyrənmisiniz? Qarşınıza daha konkret, ölçülmüş, əlçatan, aktual və zamanlanmış məqsədlər qoymağı öyrənin. Müəyyən səviyyəyə çatmağı qarşınıza məqsəd qoyun və proqresinizi nəzarətdə saxlayın.

Praktikaya çox vaxt sərf etməyə hazır olun

Bütün gününü xarici dil öyrənməyə sərf edən insanlar cəmi bir neçə ay ərzində yuxarı səviyyələrə çıxa bilərlər. Əgər sizin o qədər vaxtınız yoxdursa, gün ərzində bir neçə saat praktika edin – belə olduqda bir ilə istədiyiniz səviyyəyə çata biləcəksiniz. Hər dəfə nitqinizin daha da yaxşılaşdığından əmin olmağa çalışın. Qoy sizin siyahınız müzakirə üçün lazımlı mövzularla dolub daşsın. Bu zəhmətə dəyər!

Doğma dildə danışanlar kimi tələffüz etməyi öyrənin

Sözlərin səsləndirilməsi və aksentə fikir verin. Bundan başqa, intonasiya və həmin dildə danışanların sosial və mədəni davranışları da önəmlidir. Çalışın elə danışasınız ki, xarici vətəndaşlar sizi özlərindən ayırmasın və avtomatik öz dillərində danışmağa başlasınlar – bu həqiqətən də maraqlıdır!

Bir dili öyrənməmiş, başqasına keçməyin

Bir dil üzərində fikrinizi cəmləyin. Üstün səviyyə çatın və ancaq bundan sonra yeni dil öyrənməyə başlayın.

Mənbə: pahoo.az

Bir cavab yazın

Back to top button
Close