14 Oktyabr 15:17

Qısametrajlı müəllif filmlərin nümayişi

Bu il YARAT Mərkəzi, “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşı olub.

“Artkino” Qısametrajlı Filmlər Festivalı, Rusiyada qısametrajlı film festivallarının ən iri miqyaslısıdır. Müsabiqədə təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları deyil, həm də müstəqil müəlliflər iştirak edir.

23 oktyabr tarixində, biz ilk “Yaz” kinoalmanaxını seyr edəcəyik.

“Yaz” proqramı:
1. “Plastikın gücü”
Rejissor: Vladislav Parovozov
Xronometraj: 6 dəq.
Müəllif, kadrların videoardıcllığını mütləq rəqsə çevirən, onu temporitmik maksimuma çatdıran Fernan Leje, Maya Deren və digər avanqard pioner rejissorların davamçısı sayılır.

2. “Ağac”
Rejissor: Xava Muxiyeva
Xronometraj: 21 dəq. 42 san.
Şimali Qafqaz, 1994-cü il. Xava və Adam qonşuluqda yaşayır və valideynləri kimi uşaqlıqdan bəri dostluq edirlər. Uşaqlar bir-birləri ilə məktublar vasitəsilə ünsiyyət saxlayırlar və məktubları ağacın oyuğunda gizlədirlər. Onlar bu ağacı çox sevirlər və ona öz sirlərini etibar edirlər. Onlar xəyalpərəstlər, xülyaçıdırlar. Adamın atası Aslan biznesmendir və doğma evə qayıdır. Xavanın atası Sultan və bir çox başqa qonşular onun qayıdışına sevinir və onun biznesdəki uğurlarını təbrik edirlər. Amma, təəssüf ki, hamı buna sevinmir…

3. “İçində okean olan balıqqulağı”
Rejissor: Yuliya Sitdıykova
Xronometraj: 6 dəq. 29 san.
Bu hekayə, bir otaqda olan əşyalar dünyasında hansı intriqaların baş verməsindən bəhs edir. Bir dəfə, içində okean olan Balıqqulağının mövcudluğu, Divan Balışlarını bezdirməyə başladır…

4. “Bəxtsiz” (rejissor Roman Trofimov)
xronometraj 24 dəq. 04 san.
Vova Mışkinin işləri düz gətirmir. Sevdiyi qız onu tərk edir, borcun içində üzür, yaşadığı mənzildən çıxmalıdır… hələ bu azmış kimi, həbsxanadan yenicə çıxmış böyük qardaşı da peyda olur…

5. “Savadsızlığın ləğv edilməsi”
Rejissor: Alla Yeliseyeva
Xronometraj: 8 dəq. 12 san.
Ziyalı Valentin, öz vaxtını kifayət qədər qeyri-adi tərzdə keçirmək üçün, “sevgi kahinəsi” Allanı dəvət edir…

6. “Qadın yataqxanası” (rejissor Andrey Kreçetov)
Xronometraj 24 dəq. 59 san.
Moskva, 1983-cü il. Gənc Roma, Moskvanı və Moskva Dövlət Universitetini fəth etməyə gəlir. O, qadın yataqxanasına düşür və onun həyatı köklü surətdə dəyişir. O, “Axı mən nə istəyirəm?” sualına cavab verməyə çalışır.

Proqramın xronometrajı: 1 saat 31 dəq.
23 oktyabr, 19:00

Filmlər rus dilində nümayiş etdiriləcək

Bəyən və paylaş

Rəylər

rəy(lər)