30 İyul 12:05

“Qızların Liderlik Akademiyası” adlı layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 13-14-15 Sentyabr 2019-cu il tarixlərində “Qızların Liderlik Akademiyası” adlı layihəsinin seçim mərhələsinə start verildi!

“Qızların Liderlik Akademiyası” 18-25 yaş arası gənc qızlar arasında keçiriləcək.

Liderlik Akademiyasının yalnız qızlar arasında keçiriməsinin əsas məqsədi gələcəkdə qadınların lider kimi yetişib, ölkəmizdə rəhbər vəzifədə olmaları üçün onları motivasiya etmək,onların professional inkişafında köməklik və dəstək göstərməkdir.

Hazırda bütün dünya ölkələrində qadın liderlər kifayət qədər çoxdur.Azərbaycan da qadın hüquqlarının tanındığı,gender bərabərliyinin qorunduğu bir ölkə olduğu üçün gənc qız liderləri yetişdirmək məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş “Qızların Liderlik Akademiyası” adlı layihəmiz 2 gecə 3 gün müddətində davam edəcəkdir.Layihəmiz düşərgə xarakterli olduğu üçün iştirakçıların yaşayış və yemək xərcləri təşkilatımız tərəfindən qarşılanacaqdır.Layihə Bakı şəhərində keçiriləcək.

Layihə müddətində gənc qızlar ölkəmizdə rəhbər vəzifədə çalışan , öz bizneslərini qurmuş və cəmiyyət arasında sosial-aktiv fəaliyyəti olan xanımlar tərəfindən keçirilən təlim və seminarlarda iştirak edəcək,onların peşəkar həyatı və fəaliyyətləri ilə tanış olacaqlar.Layihə müddətində gün ərzində əsasən təlimçilər və təşkilatçılar tərəfindən qızlar üçün komanda oyunları,intellektual yarışlar,gün sonlarına yaxın isə əyləncəli proqramların keçirilməsi nəzərdə tutulur.

Sonda iştirakçılara sertfikat veriləcəkdir.

“Qızların Liderlik Akademiyası”-da iştirak etmək istəyən xanımlar 31 Avqust 2019-cu il tarixinədək online qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki-

https://docs.google.com/…/1FAIpQLSe161ND5_SE4tDML…/viewform…

Seçim mərhələsindən uğurla keçmiş namizədlər layihədə iştirak haqqı qazanacaqdır.
Hər birinizə uğurlar!

Bəyən və paylaş

Rəylər

rəy(lər)