“Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi” Beynəlxalq Onlayn Konfransı

Beynəlxalq Gənclər gününə həsr olunmuş “Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi” Beynəlxalq Onlayn Konfransı

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə 11 avqust 2020-ci il tarixində “Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi” mövzusunda Beynəlxalq Onlayn Konfrans keçiriləcəkdir.

BMT-nin Baş Assambleyası tərəfindən 1999-cu il 12 avqustda elan edilən Beynəlxalq Gənclər Gününün mövzusu “Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi”dir. Bu mövzuya istinadən baş tutacaq onlayn konfransın əsas mövzusu “Nifrət nitqi və cinəyatkarlığa qarşı mübarizədə gənclərin rolu”na həsr olunub. Belə ki, Azərbaycan reallıqlarının gənclərin vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması konfransın əsas hədəflərindən biridir.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Covid-19 pandemiyası müddətində Gənclər təşkilatları və gənclər ictimailəşmə, iştirak, ünsiyyətdə ciddi bir böhranla üz-üzədir. Bununla yanaşı bütün dünyanın mövcud virusla mübarizə apardığı bir dövrdə yaşadığımız regionda şiddət, aqressiya və zorakılıq davam etməkdədir.

Baş tutacaq Beynəlxalq Onlayn Konfransda Azərbaycanın eləcə də, digər ölkələrin beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri çıxış edəcəklər.

Qeyd edək ki, tədbir 11 Avqust 2020-ci il 16:00-da (GMT+4) onlayn platforma və Facebook üzərindən canlı olaraq yayımlanacaqdır.

Tədbirdə iştirak üçün qeydiyyat linki: https://bit.ly/2DlsB0F 

Qeydiyyat üçün son tarix: 11 Avqust 2020 / 15:00 (GMT+4)

Bir cavab yazın

Back to top button