“Qlobal iqlim dəyişmələri və onun kənd təsərrüfatı sektoruna mümkün təsirləri” mövzusunda onlayn seminar keçiriləcək

“Qlobal iqlim dəyişmələri və onun kənd təsərrüfatı sektoruna mümkün təsirləri” mövzusunda onlayn seminar keçiriləcək

Avqustun 25-də saat 11.00-da Qərbi Kaspi Universitetində “Qlobal iqlim dəyişmələri və onun kənd təsərrüfatı sektoruna mümkün təsirləri” mövzusunda onlayn seminar olacaq. 

Seminarda qlobal iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna təsirləri qlobal kontekstdə və Azərbaycan timsalında nəzərdən keçiriləcək.

Seminarın başlıca istiqamətləri:

1. Qlobal iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna təsirləri (Qlobal kontekstdə)

1.1 Qlobal iqlim dəyişmələrinnin təsirlərinə daha kövrək sektorlar

1.1.1 Kənd təsərrüfatı sektoru iqlim dəyişmələrinə ən həssas sektorlardan biridir.

1.1.2 İqlim dəyişmələri və onun kənd təssərrüfatına təsirləri üzrə proqnozlar.

1.1.3. Qlobal iqlim sistemi dəyişir – adaptasiya olmaq üçün kənd təsərrüfatı da dəyişməlidir

 

2. İqlim dəyişmələri və kənd təsərrüfatına mümkün təsirləri (Azərbaycan timsalında)

2.1. Ölkə iqtisadiyyatında kənd təsərrüfatının rolu

2.2. İqlim dəyişmələrinin ölkəmizdə kənd təsərrüfatı sektoruna keçmiş və indiki təsirləri

2.3. Gözlənilən iqlim dəyişmələrinin kənd təsərrüfatına olan mümkün təsirlərinə dair proqnozlar.

2.4. Dəyişən iqlimə adaptasiya üzrə vaxtında tədbirlər görülməzsə, baş verə biləcək itkilər tədbirlər üçün nəzərdə tutulan xərclərdən qat-qat artıq olacaqdır.

2.6. Elmə əsaslanan kompleks yanaşmalar və çevik idarəetmə nəticəsində baş verəcək itkilərin minimuma endirilməsi mümkündür.

2.5.İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin azaldılması və ona adaptasiya məsələlərində əsas maneələr

Qoşulmaq üçün Link:

Bir cavab yazın

Back to top button