“Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək

13 – 15 noyabr 2020-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.
Ölkəmizdə ilk dəfə və onlayn formada reallaşdırılacaq tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Tədbirin əsas məqsədləri sırasında dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq işinə yönəltmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.
Hakatonda iştirak etmək istəyən şəxslər 15 oktyabr – 10 noyabr tarixlərində qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: http://globaldeftech.com

The international event “Global Deftech Hackathon” will be organized by the “Innovation Center” LLC, under the State Agency for Citizen Services and Social Innovations on November 13-15, 2020
The event, which will be held for the first time and online in our country, will focus on the protection of civilians, information security and digital propaganda. Among the main goals of the event is to draw the world’s attention to the real work of Azerbaijan for its territorial integrity and to convey the truth about Karabakh to the world.
Those wishing to participate in the hackathon can register from October 15 till November 10.

Registration link: http://globaldeftech.com

Bir cavab yazın

Back to top button