“Qlobal Müxtəlifliyin İdarəedilməsi – Buna dəyərmi?”

Noyabrın 19-da Doktor Pol Qibbs də Barbara Lisiçkinin təliminə qoşularaq “Qlobal Müxtəlifliyin İdarəedilməsi – Buna dəyərmi?” adlı qısa təqdimatla çıxış edəcək. Doktor Pol Qibbs Birləşmiş Krallığın Midlseks Universitetində ali təhsil sahəsində dərs deyir. Onun maraq göstərdiyi sahələr və nəşr edilmiş məqalələri ali təhsilin marketinqi, xoşbəxtlik, fəlsəfə, peşəkar təcrübələr və vaxt kimi mövzuları əhatə edir. Onun çıxışı saat 10:00-dan 12:00-dək Landmark III Cineclub-da baş tutacaq. Qonaq-spikerlərin qısa təqdimatlarından sonra Sara Bartonun filmi “Mütilikdən çıxmış həyatlar” (Defiant Lives) təqdim ediləcək. Film dünya haqqında heç vaxt eşitməyən böyük azadlıq carçılarını təqdim edir və Amerika Birləşmiş Ştatları, Britaniya və Avstraliyada əlilliyi olan insanların hüquqlarının müdafiəsi hərəkatının yüksəlişi və zirvəsini göstərir. Həmçinin, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirak edəcək. Bununla əlaqədar, KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik, saat 09:30-da qısa media-brifinqinə qoşulasınız.

Biz noyabrın 21-də Müxtəliflik Həftəsinin proqramını əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş “Hands Art” platformasının təsisçisi Murad Məmmədovun təqdimatı, inklüziv rəqs təhsili verən rəqs studiyası “Harmony Dance Studio”nun təsisçisi Fərid Mehdiyevin və əlil arabasında rəqs idman növü üzrə çempionluq qazanmış Vüsalə Kərimovanın “Əlil arabasında rəqs” təqdimatı ilə davam edəcəyik. Təqdimatlardan sonra “Harmony Dance studio” qısa rəqs dərsi verəcək. Tədbir saat 16:00-dan 18:00-dək AF Biznes Mərkəzində keçiriləcək.

Qeydiyyat

*
Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close