20 Dekabr 19:47

“Qloballaşan təhsil” adlı I Beynəlxalq Təhsil Elmləri Simpoziumu keçiriləcək

2018-ci il aprelin 20-si və 21-də Xəzər Universitetində ömrünü Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə, dünya təhsil sisteminə inteqrasiyasına həsr etmiş, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunmuş “Qloballaşan təhsil” adlı I Beynəlxalq Təhsil Elmləri Simpoziumu keçiriləcək.

Dünyanın müxtəlif universitetlərindən gələn alimlərin, tədqiqatçıların iştirakı ilə keçiriləcək bu simpoziumun məqsədi təhsil elmləri ilə əlaqədar dünyada gedən prosesləri, təhsildə baş verən son yenilikləri və Azərbaycanın dünya təhsil məkanına inteqrasiyasını müzakirə etmək, gənc tədqiqatçıları təhsil elminin yeni istiqamətlərində tədqiqat aparmağa təşviq etməkdir.

Simpoziuma Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, rus və ingilis dillərində məqalələr qəbul edilir.

Simpoziumda iştirak etmək üçün qeydiyyatdan (http://www.khazar.org/az/events/event/2590) keçərək, məqalələrin xülasələrini təyin olunan müddətə qədər [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Tezislərin göndərilməsinin son tarixi 20 Yanvar 2018-ci ildir.

Önəmli qeyd: Tezisi göndərmək üçün ödəniş tələb olunmur. Tezislər qəbul olunduqda əsas qeydiyyat edərkən ödəniş olacaq. Seçilən tezislər sonra geniş məqalə olaraq bizlərə müəllif tərəfindən təqdim olunacaq və biz onu Thomson Reuterse-a daxil olan Xəzər Humanitar və Sosial elmlər Jurnalında çap etdirəcəyik. Tezis və onun simpoziumda təqdimatı azərbaycan, rus və ya ingilis dilində ola bilər. Ancaq jurnal üçün sizin onu ingilis dilində tərcümə edərək vəya etdirərək bizə göndərməyiniz lazım olacaq.

SİMPOZİMUN MÖVZULARI
Dünya təhsil sistemləri, təhsil siyasəti və strategiya;
Ali təhsildə gedən proseslər və yeniliklər;
Təlim tədris prosesinin təkmilləşdirilməsi strategiyası;
Təhsilin idarə olunması və liderlik;
Təhsilin planlaşdırılması və iqtisadiyyatı;
Təhsildə texnologiyaların tətbiqi;
Təhsilin sosial-mədəni əsasları (fəlsəfəsi, sosiologiyası, psixologiyası və tarixi).
Əlaqə:
Xəzər Universiteti (Neftçilər Kampusu)
Məhsəti 41, AZ1O96, Bakı, Azərbaycan

Phone: (99 412) 421 10 93 daxili: (278)
(99 412) 421 79 16
(99 412) 421 63 35

Bəyən və paylaş

Rəylər

rəy(lər)