Çərşənbə, 25 İyun, 2025

Qrafik Dizayner üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


  • Dərc edildi: 25 İyun, 2025 - 01:29
Qrafik Dizayner üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Qrafik Dizayner üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


"Vision Academy” tərəfindən təşkil olunan 4 aylıq  Qrafik Dizayn üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
Bu proqram sizə real layihələr üzərində işləyərək peşəkar təcrübə qazanmaq imkanı təqdim edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Qrafik dizayna marağı olan, öyrənmək və inkişaf etmək istəyən ali təhsilli şəxslər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Kompüterdə baza bilikləri olan namizədlər.

 

 2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

 A. Qrafik Dizayna Giriş:

▪ Kompozisiya və rəng nəzəriyyəsi.
▪ Brendinq və vizual üslub anlayışları.
▪ Kreativ düşüncə və eskiz hazırlığı.

 B. Proqram Bacarıqları:

▪ Adobe Photoshop, Illustrator və InDesign-ın əsasları.
▪ Canva ilə sosial media dizaynları.
▪ Mockuplar, poster, broşur və vizitkart dizaynı.

C. Real Layihələrlə Təcrübə:

▪ Brend üçün loqo dizaynı.
▪ Sosial media üçün post şablonları.
▪ Portfolionun hazırlanması və təqdimat bacarığı.

 

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 4 ay davam edəcək.
  • Təlim təcrübə proqramı hər gün  4 saat və həftədə  5 dəfə olmaqla ümumilikdə 360 saat olacaq.
  • 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə -Real müştəri yönümlü tapşırıqlar.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

 

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

https://forms.gle/tZV1Z7V5CRnZQvYi8

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 159
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 781
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 195
Sertifikatlaşdırmada...