“Qrafik Dizayner ” vakansiyası

Araz Supermarketlər Şəbəkəsi “Qrafik Dizayner ” vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :
–  Ali təhsil ;
–  Müvafiq sahədə 2 ildən yuxarı  iş təcrübəsi;
–  MS Office proqramları (Word, Excel, əsas PowerPoint, Outlook), Adobe PhotoShop, Adobe Illustrator, CorelDraw,Adobe InDesign, Adobe After Effects
–  Müştəriyönümlülük, kommunikasiya, yaradıcılıq səriştəlikləri.

Vəzifə öhdəlikləri :
– Kampaniya bukletlərini məhsul siyahısına uyğun hazırlamaq, konseptləşdirmək və açılış bukletlərinin çapa hazırlnması ilə bağlı prosesləri həyata keçirmək;
– İnsert dizaynlarını, qiymət standartlarını (etiketlər) və bütün növ pos materialları hazırlamaq;
– Sosial şəbəkələr və sayt üçün posterlər, xüsusi dizaynlar hazırlamaq: Reklam və məlumat materiallarının ( vinil, banner, jurnal, flayer, broşur və s) dizaynını hazırlamaq.
– Şirkətin müxtəlif reklam obyekləri üçün dizaynlar hazırlamaq; Pos marketinq materiaların, şirkət biznes kartları və uniformaların, təşəkkürnamə və diplomların dizaynlarını hazırlamaq
– Mağaza daxili və xaricində POS marketinq ( naviqasiya, kommunikasiya, aktivasiya) məlumatlarını hazırlamaq;
– Brandbook standartlarını hazırlamaq.

Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki;
– Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Qrafik Dizayner” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Related Articles