Qrafik dizayner vakansiyası

İşəgötürən: “LIBRAFF” MMC Vəzifə: Qrafik dizayner   “LIBRAFF” marketinq komandasına cavan və kreativ qrafik dizayner tələb olunur. Vakansiyaya aşağıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər. Əsas vəzifə öhdəlikləri: Sosial şəbəkə üçün paylaşımların, veb sayt üçün vizualların, rubrikaların dizaynı, promo materialların hazırlanması  

Əsas tələblər:

Sahə üzrə iş təcrübəsi; Ali təhsil; Müvafiq komp. proqramları ilə praktiki təcrübə (Photoshop, İllustrator və s); Bu sahə üzrə əlavə kurslar, sertifikatların olması üstünlükdür; Detallara diqqətli olmaq; Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı; Kreativlik, maraqlı dizayn yaratmaq bacarığı.   İş haqqında: Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir, Nahar: şirkət tərəfindən təmin olunur İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur Şirkət haqqında: 2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.   Müraciət üçün e-mail: [email protected]   Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az