Qrafikdizayner vakansiyası

STP Şirkətlər Qrupu, Kommunikasiya bölməsi üzrə Qrafikdizayner vakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Tələblər: -Ali təhsilli; -Müvafiq sahə üzrə min 3 il iş təcrübəsi; -CorelDraw, İnDesign, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmə bacarığı; -Kreativ idealı və yaradıcı düşünmə qabiliyyətinə sahib; -Komandada işləmə bacarığı; -Nizam-intizamlı və məsuliyyətli; -Böyük şirkətlərdə iş təcrübəsinin olması; -Sahə üzrə portfolio olması mütləqdir; -Çap və nəşr sahəsində təcrübəyə üstünlük veriləcək. Hansı işləri görəcəksiniz? -Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək; -SMM postları üçün qrafik və dizaynların hazırlanması; -Yeni layihələr üçün təqdimatların, stendlərin və s.hazırlanması; -Yeni məhsul kataloqlarının hazırlanması; -Törəmə şirkətlər üçün saytların dizaynı; -İşlərin daha effektiv həyata keçirilməsinə dair təkliflərin irəli sürülməsi; -STP Şirkətlər Qrupu üçün ümumi stilistikanın yaradılması. Nə əldə edəcəksiniz? -Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı; -Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: -Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; -Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə; -Tibbi sığorta mövcuddur; -İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00; -İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qrafik dizayner” yazaraq 25.05.2022-ci il tarixinədək[email protected]ünvanına göndərilməsi xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az