4 Mart 15:00

Qrafik Dizayner vakansiyası

Vacancy: Qrafik Dizayner

Vəzifələr:

• Orijinal-maketlərin və reklam materiallarının hazırlanması;
• Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
• Reklam kampaniyalarının proyektlərinin hazırlanması;

• Qazet və jurnalların hazırlanması;
• Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqlarin hazirlanmasi;
• Vitrinlərin hazırlanmasında iştirak;
• Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
• Şirkətin imicinin və reklam strateqiyasının hazırlanmasında iştirak;
• Marketinq layinhələrinin vizuallaşdırılması;
• Poliqrafik məhsulların hazırlanması.

Tələblər:

• Sənaye və Qrafik dizayn bilikləri;
• Obyektin və maqazanın erqonomik və funksional layihəsini vermə bacarığı;
• Mağaza üçün mebel və vitrin üzrə istehsalat və dizayn bilikləri;
• Mağaza üçün çöl reklamları üzrə istehsalat və dizayn bilikləri;
• Sosial şəbəkələr üçün reklam bannerlərinin tərtibati;
• Qrafik proqram bilikləri: Corel Draw, Photoshop, 3dsmax, Adobe Illustrator.
• Portfolionun olması mütləqdir

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər,  09:00 – 18:00
• Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Dizayner Edumap.az” qeyd edərək CV-nizi və Portfolionuzu [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)