31 Mart 23:37

“Qrafik dizayner” vakansiyası

Komandamıza “Qrafik dizayner” axtarırıq.

İş barədə məlumat:

– Reklam materiallarının (kataloq, təqvim, bilboard və s.) dizayn olunması

– Korporativ tədbirlər üçün dizayn işlərinin təşkili
– Sosial media postlarının hazırlanması

Tələblər:

– Reklam sahəsində iş təcrübəsi (Agentlik təcrübəsi arzuolunandır)
– Adobe Illustrator, CorelDraw (yaxud Adobe Photoshop) proqramlarını bilmək
– Kollektivlə işləmə bacarığı
– Kreativ yanaşma
– Rus dili (arzuolunandır)

*****
– Əmək haqqı: 400 AZN (ilkin olaraq)
– 6 günlük iş qrafiki
– İş saatı: 9:00-18:00 (Şənbə günü 9:00-15:00)
– Yemək şirkət tərəfindən təmin edilir
– AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

Ünvan: Tbilisi prospekti 1058

Maraqlanan namizədlər mövzu hissəsinə “Qrafik dizayner Edumap.az” qeyd etməklə CV və Portfolionu [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)