12 Aprel 16:36

Qrafik dizayner vakansiyası

Komandamıza yeni bir dost və peşəkar qrafik dizayner axtarışındayıq. Yeni komanda üzvümüz üçün yaradacağımız imkanlar:

– Dünyaca məşhur qlobal agentlikdə çalışmaq

– Özünü daim inkişaf etdirə biləcəyi mühit

– Bir-birindən maraqlı layihələr üzərində işləmək imkanı – Gənc, yaradıcı komandanın üzvü olmaq

– Şəhərin mərkəzində geniş və rahat ofis

– iMac 27

Yeni komanda üzvümüzdən gözləntilərimiz:

– Ən azı 2 il dizayner olaraq iş təcrübəsi

– Illustrator, Photoshop və InDesign proqramlarını mükəmməl səviyyədə bilmək – Maraqlı portfolioya sahib olmaq

– Daim öyrənmək və inkişaf etmək istəyi

– Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq

– İşə xüsusi diqqətlə yanaşmaq Bundan başqa rəsm çəkmək, motion design, ikonoqrafiya, UX/UI baza biliklərindən anlayışlı olmaq və bu sahə ilə əlaqədar digər bacarıqlar da əlavə üstünlükdür.

Əgər sən də komandamızın üzvünə çevrilmək istəyirsənsə, özün haqqında qısa məlumatla birlikdə CV və portfolionu ünvanına göndər. Yerin hazırdır, buyur gəl!

Bəyən və paylaş

Rəylər

rəy(lər)