Qubada “MathCamp 2022” və “IT Camp Hackathon 2022” yaz düşərgələri təşkil edilib

Qubada “MathCamp 2022”“IT Camp Hackathon 2022” yaz düşərgələri təşkil edilib

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 29 aprel – 3 may 2022-ci il tarixində Quba rayonunda “MathCamp 2022” riyaziyyat üzrə və “IT Camp Hackathon 2022” tələbələrin yaz düşərgəsi təşkil edilib. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.
advertisement
 

22 riyaziyyat, 29 texniki ixtisaslar üzrə olmaqla, ümumilikdə 51 nəfərin iştirakı ilə həyata keçirilən düşərgədə III və IV kurs tələbələri, həmçinin magistrantlar iştirak ediblər. Düşərgə çərçivəsində tələbələr üçün təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış dərslər, təlimlər və vorkşoplar təşkil edilib. İştirakçıların dərsdənkənar asudə vaxtın daha səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli oyunlar, idman və bilik yarışları təşkil olunub.

advertisement  

5 günlük yaz düşərgəsinin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
_______


advertisement
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az



advertisement

İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az