3 Avqust 20:42

Qubada “Mən Jurnalistəm” layihəsi keçiriləcək

Əziz Dostlar,
Quba Rayon Gənclər Mərkəzi sizi “Mən Jurnalistəm” layihəsində iştiraka dəvət edir. Əgər jurnalist olmaq istəyirsənsə, yazmaq, yaratmaq, özünü ifadə etmək, müsahibələr almaq, araşdırmalar aparmaq, maraqlı videolar, fotolar çəkmək və ən əsası öz oxucu və ya izləyici kütləni formalaşdırmaq istəyirsənsə layihəmizə qoşul.
Layihə müddətində 5 təlim ssesiyası təşkil olunacaq:

• Jurnalist kimdir?;
• Ünsiyyət bacarıqları;
• Jurnalistikanın janrları;
• Bloqçuluq, Xalq jurnalistiksı;
• Video və Fotoçəkiliş qaydaları, Montaj.

Bunlardan əlavə təlimlərdə iştirak etməklə siz jurnalistin hüquq və azadlıqları, məsuliyyətləri, etikası, jurnalisrikanın qısa tarixi və əsas janrları – xəbər, müsahibə və araşdırma haqqında bilik və bacarıqlar əldə etmiş olacaqsız. Təlimlər müddətində nəzəri biliklərlə yanaşı ilkin təcrübə də qazanacaqsız. Odur ki, qeydiyyatdan keçməyə tələsin.

LAYİHƏDƏ İŞTİRAK TAMAMİLƏ ÖDƏNİŞSİZDİR

Qeydiyyatdan keçəcək şəxslər ;

• 18-29 yaş arası;
• Veriləcək tapşırıqları vaxtı-vaxtında yerinə yetirəcək;
• Jurnalistikaya marağlı;
• Məsuliyyətli gənclər olmalıdır.

Layihənin keçiriləcəyi günlər: 10, 14, 17, 21, 24, 28 avqust 2017

Təlimlər ssesiyaları 2 hissədən ibarət olacaq:

• Birinci hissə: 10:00 – 11:20
• Fasilə: 11:20- 11:35
• İkinci hissə: 11:35 – 13:00

SON MÜRACİƏT TARİXİ: 8 avqust 2017, 23:00

QEYDIYYAT LINKI : https://goo.gl/aX6Ng8

Layihənin keçiriləcəyi yer: Quba Rayon Gənclər Mərkəzi

Əlavə məlumat üçün əlaqə vasitələri:
Tel: (055)-988-25-28, (070)-819-97-49
Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)