24 Noyabr 18:51

“Rəqəmsal Marketinq nədir?” mövzusunda təlim

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Biznes İşçi qrupu sizləri “Rəqəmsal Marketinq nədir?” mövzusunda təlimə dəvət edir !

Həyatımızın getdikcə rəqəmsallaşması, müxtəlif sahələrin də rəqəmsallaşmasına gətirib çıxartdı. Rəqəmsal marketinq 2000-ci illərin əvvəllərindən güclənməyə başlayaraq son illərdə sosial şəbəkələr, saytlar, elektron poçt və insanların internet vasitəsilə toplandığı digər məkanların kütləvi istifadəsi nəticəsində labüd bir alətə çevrildi. Hal-hazırki krizis dövründə isə bir çox şirkətlər ənənəvi marketinq xərclərini azaldaraq, rəqəmsal aləmdə marketinq strategiyası qurmağa və reklamlarını yaymağa başladılar.

Bu səbəbdən, 28 noyabr 12:00-da ATGTİ baş ofisində Hajizade Group PR və Marketinq şirkətinin icraçı direktoru Fərhad Ələkbərov “Rəqəmsal Marketinq nədir?” mövzusunda təlim keçəcək.

Tədbirə iştirak etmək üçün qeydiyyat mütləqdir:
https://goo.gl/7mOsG5

Ünvan: 28 May küç. 9/13 (23 nömrəli məktəblə üzbəüz)
Tarix: 28.11.2015
Saat: 12:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)