6 Noyabr 20:06

Rəssam ilə görüş / Hüseyn Haqverdi

Əziz dostlar!

YAY Qalereyası Azərbaycanın Əməkdar rəssamı Hüseyn Haqverdi ilə görüş təqdim edir. Tədbir bu il oktyabrın 8-də YAY Qalereyasında açılmış “Qırılma” adlı fərdi sərgisi çərçivəsində təşkil olunur.

Görüş zamanı rəssam Hüseyn Haqverdinin yaradıcılığı ilə yaxından tanış olmaq, həmçinin “Qırılma” sərgisi üçün qarışıq texnikada işlənmiş qrafika, rəngkarlıq, daşdan və ağacdan hazırlanmış heykəltəraşlıq əsərlərini sənətkarın bilavasitə bələdçiliyi ilə seyr edib, əsərlər barədə söhbət etmək imkanı əldə edəcəksiniz.

10 noyabr saat 19:00

Giriş sərbəstdir.
Ünvan: İçəri Şəhər, Kiçik Qala küç., 5
Tel.: 012 505 2323,

Bəyən və paylaş

Rəylər

rəy(lər)