27 Oktyabr 22:14

R ilə Data Science öyrən,  Data Karyerana Başla!

R ilə Data Science öyrən,  Data Karyerana Başla!

 

Data Science sahəsində karyera qurmaq istəyirsinizsə, siz də növbəti R ilə Data Science təlimimizə başlayın və öz karyerasına başlamış tələbələrimizin sırasına qoşulun!  Təlim Data Scientist olaraq işə başlamağınız üçün bütün lazımi mövzuları əhatə edir! #Ürəyiniz başqa nə istəyir? ☺

 

Data SoCool – data təlimləri və data məhsulları sahəsində ixtisaslaşmış, ətrafında onlarla peşəkarı toplamış data platforması  tərəfindən təşkil olunan növbəti “R ilə Data Science” təlimində iştirak etməklə siz R ilə tətbiq olunan, analiz və modelləşmədə ən çox istifadə olunan müxtəlif data science texnikaları üzrə bacarıqlar əldə edəcəksiniz. Təlimin əvvəlki qruplarının məzunları hazırda ölkəmizin aparıcı banklarında və dövlət qurumlarda Data Scientist olaraq çalışmaqdadırlar.

 

Təlimçi- Həsrəddin Quliyev bir müddət İstanbulda Araşdırma şirkətində, daha sonra Azərbaycanda Kapital Bankda Data Analyst olaraq çalışıb. Hazırda UNEC-də akademik fəaliyyətini davam etdirir. İndiyə kimi bir çox Data Science, Statistika və Ekonometrika üzrə beynəlxalq konfranslarda, sammit və meet up-larda həm dinləyici, həm də speaker kimi iştirak edib. 2018-ci ildə Tam Faktoring tərəfindən keçirilən Hackhathonda “Cluster Analysis with k-means and Ordinal Lojistic Regression: Customer Segmentation” lahiyəsi ilə ilk 5-liyə daxil olub və hal-hazırda yazılan “Advanced Topics in Econometrics” kitabında bölüm yazarı olaraq yer alır. Təlim müddətində ekspert tərəfindən tam mentorluq dəstəyi ilə öyrəndiklərinizi praktiki tətbiq edərək, dərindən mənimsəyəcəksiniz!

 

Təlim dörd moduldan ibarətdir:

– Data Science giriş (Introduction to Data Science);

– Qarşılaşdırma Testləri (Comparison Tests);

– Model Qurmaya giriş və Reqressiya Analizi;

– Classification və Cluster Analizləri.

Həmçinin təlim müddətində:

– Mərkəzdə rahat müasir tədris zalında tam praktiki dərslər;

– Təlim sonunda capstone layihə işləmə və işəqəbul üçün portfolionuzun formalaşdırılması;

– Data SoCool tərəfindən təsdiqlənmiş (Verified) sertifikat;

– Dərs materialları ilə təmin etmə;

– Təlim müddətində tam mentorluq dəstəyi;

– Təlim müddətində hər gün çay-kofe fasiləsi;

– CV formalaşdırılması və karyera konsultasiyaları;

– Data SoCool Alumni olaraq bundan sonra davamlı partnyor qurumlarda iş və təcrübə imkanları;

– Və Data SoCool Alumnilər üçün təqdim olunan digər imkanlar..

 

Təlimdə iştirak və suallarınızın ətraflı cavablandırılması üçün qeydiyyatdan keçin və zəngimizi gözləyin.

https://www.datasocool.com/az/muraciet/r-ile-data-science-telimi

 

Təlimin modullar üzrə detallı tədris sillabusu, təlimin metodu və haqda ətraflı məlumatla vebsaytımızdan tanış ola bilərsiniz:

https://www.datasocool.com/az/telim/r-ile-data-science-telimi/

Data SoCool ilə data sahələrində karyeranıza başlayın və gələcəyin sahəsinə yiyələnin!

Əlaqə:

Telefon: +994502312558

Email: [email protected]

Vebsayt: https://www.datasocool.com

Bəyən və paylaş

Rəylər

rəy(lər)