7 Oktyabr 19:35

“Rabitəbank” ASC Biznes Proseslərin İnkişafı Departamentində vakansiya

“Rabitəbank” ASC Biznes Proseslərin İnkişafı Departamentinin Biznes proseslərin təkmilləşdirilməsi üzrə Eksperti vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
Mövcud biznes proseslərin təhlili, təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Biznes proseslərin xəritəsinin hazırlanması (blok-sxeminin hazırlanması);
Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək göstərilməsi;
Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
Biznes proseslərin dəyişdirilməsi üzrə ehtiyacların müəyyən edilməsi məqsədi ilə struktur
bölmələrlə komunikasiya qurulması;
İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Namizədə olan tələblər:
Ali təhsil;
Üksək ünsiyyətqurma və əməkdaşlıq qabiliyyəti;
Texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
Müştəri xidmətləri, kredit, plastik kartlar və əmanət məhsulları barədə biliklər;
Bank qanunvericiliyini yaxşı səviyyədə bilmək;
Bank əməliyyat sisteminin qurulması zamanı layihədə iştirak təcrübəsi arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Proseslər Edumap.az” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Bəyən və paylaş

Rəylər

rəy(lər)