23 Oktyabr 11:20

“Rabitəbank” ASC Marketinq Departamentinə Marketinq Komunikasiyaları Meneceri vakansiyası üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Marketinq Departamentinə Marketinq Komunikasiyaları Meneceri
vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi

inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacını müəyyən etmək;
Bankın effekli, cəlbedici reklam vasitələrinin yerləşdirilməsi, formatı və tərkibi barəsində
təkliflər hazırlamaq;
Bankın müxtəlif məhsul və xidmətləri üzrə reklam materiallarının dizayn konseptinin
hazırlanmasında iştirak etmək;
İllik Marketinq büdcəsinin hazırlanmasında və düzgün idarə olunmasına iştirak etmək;
Rəhbərlik tərəfindən təsdiqlənmiş büdcəyə əsasən bankın illik reklam və kommunikasiya
planının hazırlanmasında iştirak etmək və yüksək səviyyədə icrasını təmin etmək;
Təsdiqlənmiş məhsul və xidmətlərin işə salınması üçün lazımı zəruri və təxirəsalınmaz işlərin
görülməsini təmin etmək;
Yeni məhsul və xidmətlər, filial şəbəkələrinin inkişafı və ya ixtisarı, müştəri şəbəkəsinin
genişləndirilməsi və müştəri xidmətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
Filial şəbəkəsində korporativ standartların qorunub saxlanmasına nəzarəti təşkil etmək;
Bankın struktur bölmələri tərəfindən təşkil olunan korporativ və digər tədbirlərin həyata
keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək;
Departamentin iş planının hazırlanmasında və onun icrasında birbaşa iştirak etmək;
Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin
artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək;
Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar
araşdırmasının həyata keçirilməsində iştirak etmək;
Rübün sonunda aparılmış analizlərin nəticələrinə əsasən qeyri-effektiv reklam kanallarını
meəyyənləşdirmək və nəticələrini növbəti rübün planı və İllik Marketinq Planı tərtib olunan
zaman nəzərə almaq;
Promo məhsulların sifarişi və o cümlədən filialların ümumi vizual görünüşü ilə bağlı kompleks
işləri icra etmək;
Marketinq kampaniyasının hazırlanması prosesində iştirak etmək.
Vəzifəyə olan tələblər:
İqtisadi və ya marketinq sahəsində ali təhsil;
Marketinq sahəsində ən azı 4 il iş təcrübəsi;
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
Gərgin şəraitdə işləmə qabiliyyəti.
Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron
ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Kommunikasiyaları Edumap.az”
göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bəyən və paylaş

Rəylər

rəy(lər)