16 May 16:33

Rabitəbankın Kart Biznesi Departamentinə Ekspert vakansiyası

Rabitəbankın Kart Biznesi Departamentinə Ekspert vakansiyası;

Vəzifə öhdəlikləri:

• Beynəlxalq Ödəniş sistemləri (Visa/MasterCard) və prosessinq mərkəzləri ilə sabit, keyfiyyətli səviyyədə kommunikasiyanın təmin edilməsi və kart məhsulları üzrə layihələrin idarə olunması;

• Kart emissiyasına və ekvayerinqinə (o cümlədən, elektron ekvayerinqinə) aid Beynəlxalq Ödəniş Sistemlərinin (Visa/MasterCard) yeniliklərinin və tələblərinin izlənməsi və tətbiqi;

• Kart əməliyyatları üzrə təhlil və daxili biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi;

• Beynəlxalq Ödəniş Sistemlərinin (Visa/MasterCard) əməliyyat qaydalarına riayət edilməsinə nəzarət etmək;

• Beynəlxalq Ödəniş Sistemləri (Visa/MasterCard) tərəfindən daxili və xarici risklərin aradan qaldırılması üzrə göndərilən təhlükəsizlik bildirişlərinə nəzarət etmək;

• Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, texniki tapşırıqlar hazırlamaq və biznes proseslərinin avtomatlaşdırılması üçün layihələr işləyib həyata keçirmək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)