Rasim Müzəffərli ilə görüş

Əziz musiqi, poeziya, media, fəlsəfə, kitab həvəskarları və peşəkarları!

Əziz dostlar!

20.11.2016 tarixdə saat 15:00-da mərkəzimizdə tanınmış bəstəkar-şair, 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəri, “Rekviyem”, “Pəncərə”, “Sən getdin”, “Ey sən” və digər tanınmış musiqi əsərlərinin müəllifi, ötən əsrdə Azərbaycanda ilk qeyri-formal ictimai təşkilat kimi milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuş, o dövrdə Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuş, Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu, Fəlsəfə elmləri namizədi, dosent, hazırda AMEA-nın sosiologiya elmləri üzrə doktorantı və yeni yaranmış “Quran nəşrləri” nəşriyyatının direktoru, naşir Rasim Müzəffərli ilə görüş təşkil olunacaq.

Görüşdə iştirak etmək ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün ad və soyadınızı, həmçinin əlaqə nömrəsi/e-mail ünvanı qeyd etməyiniz və ya ofisimizə yaxınlaşmağınız xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, Sülh Plaza (Mərkəzi Avtovağzalın yanında), 3-cü mərtəbə, Ofis № 310, “Next Tuition Centre” Tədris Mərkəzi

Mobil: (+99470) 207 37 67

E-mail: [email protected]

Bir cavab yazın

Back to top button