12 Aprel 14:39

Reallaşdıra Biləcəyiniz 30 Real Biznes İdeyası!

Azərbaycanda və ya Xaricdə Reallaşdıra Biləcəyiniz 30 Real Biznes İdeyası!

Mən Turizm üzrə çalışıram, bütün işlərimi, həyatımı bu sferada qurmuşam. Amma bir çox ehtiyaclar zamanı, xaricə səfərlər zamanı gördüklərimə əsasən ağlıma maraqlı, real biznes ideyaları gəlir. Amma özümə söz vermişəm ki, səyahətdən kənar heç bir biznesə daxil olmayacam. Dəfələrlə maraqlı təkliflər olub partnyor olmaq üçün amma özümü sıxıb YOX demişəm. Fokusumu itirməmək üçün.

Bütün bunları nəzərə alaraq, ağlımda yığılıb qalan, bəzilərinin hətta biznes planını hazırladığım, bəzilərinin loqo, dizaynını etdirdiyim Biznes İdeyalarım var. Bunları mən böyük ehtimal istifadə etməyəcəm və kiminsə etməsinə şərait yarada bilərəm. Çox istərdim ki, kimsə etsin və uğurlu olsun.

İdeyalar hansı sferaları əhatə edir?

  • Təhsil
  • Marketinq
  • Turizm-Transport
  • Xidmət Sferası
  • Bloqlar
  • Texnologiya
  • Franşizalar
  • Dizayn və Arxitektura
  • Maşın və Motosiklet
  • Spesifik Konsaltinqlər
  • Digər Sahələr

Deyə bilərsiniz ki, ideya boş şeydir, əsas reallaşdırmaqdır. Reallaşdırmaqla bağlı da qısa yolu izah edəcəm. Daha siz heçnə etmədən nəyəsə nail olmaq istəyirsinizsə, bu vebinar sizlik deyil.

İdeyaların bəziləri bu Koronavirus dövründə başlamaq üçün idealdır! Bütün ideyaları 2 gün ərzində, hərəsində 2 saat olmaqla izah edəcəm. İstənilən qoşulan iştirakçı fikri götürüb, reallaşdırmaqda sərbəstdir. Minimal xərclərlə necə başlamağı da izah edəcəm.

Bu ideyalar eyni sferadan olan mövcud biznesinizə əlavə dəyər də qata bilər.

Vebinarın Qiyməti: 39 AZN.

Qazanacağınız Dəyər: 30 Fərqli Fikir, Fərqli Yanaşma.

Vebinar 16-17 Aprel tarixlərində saat 17:00 – 19:00 aralığında olacaq. Qeydiyyatdan keçənlər vebinarların təkrarını da növbəti 2 həftə ərzində izləyə biləcək.

Hər biriniz bu ideyalarda özünüzü tapa biləcəksiz. “Əsl mənlikdir!” deyə biləcəksiz.

 

Təlimçi: Baba Ağayev. Vizam.az və Pickvisa.com Startaplarının Təsisçisi.

Qeydiyyat linki: https://backpack.az/tour/203

Edumap.az istifadəçiləri üçün 10%-lik endirim kuponu: EDUMAPUSERS742

 

Bəyən və paylaş