Receptionist vəzifəsinə işçi axtarılır

HDN Group şirkətləri üçün Receptionist vəzifəsinə işçi axtarılır.

HDN Group müxtəlif sahələrdə (Təhsil, maliyə, tədbir təşkilatçılığı) fəaliyyət göstərən şirkətlərdən ibarətdir. 

Vəzifə öhdəlikləri:
– Müştərilərin qəbul edilməsi və qeydiyyat işləri;
– Müştəri əlaqələrinin davamlı aktiv tutulması;
– Gündəlik zəngləri və e-poçtları qəbul etmək və cavablandırmaq;
– Korporativ e-poçt mətnlərinin hazırlanması;
– Zənglərin, müştəri məlumatlarının qeydiyyatı və yenilənməsi;
– Dataların toplanması;
– Müştəri məmnuniyyəti üçün təcrübi faktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Gündəlik hesabatların hazırlanması.

Namizədə olan tələblər:
– Ali təhsil;
– Sürətli düşünmə və analitik cavab vermə bacarığı;
– Axıcı danışıq qabiliyyəti;
– Peşəkar formada e-poçt yazma qabiliyyəti;
– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq bacarıqları;
– MS Excel, Word, Outlook kimi proqramlarda bəsit əməliyyatlar aparma bacarığı;
– Yaş məhdudiyyəti: 20-30 yaş;
– Cinsiyyət: Hər ikisi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə mütləq “Receptionist” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəylər

rəy(lər)