Karyerasını HR sahəsində qurmaq istəyənlərin nəzərinə!

Təlimin adı: Recruitment from A to Z (A-dan Z-yə işə qəbul prosesi)
Təlim kimlər üçün nəzərdə tutulub: Yenicə universitet məzunu olmuş və karyerasını HR sahəsində qurmaq istəyənlər, işini dəyişib HR sahəsində işləmək istəyənlər və ya Recruitment sahəsinə maraq göstərən hər kəs. Təlim həm nəzəri, həm də praktiki hissədən ibarətdir. Təlimi bitirən namizədlərə təlimçi tərəfindən sonrakı fəaliyyətlərində də dəstək veriləcəkdir
Təlimin keçirilməsi üçün vasitə: Online, Zoom Meetings proqramı üzərindən

“Recruitment from A to Z” təlimi üzrə proqram:

1-ci Təlim günü üzrə mövzular: (2 saat)

1. Recruitment (işçi seçimi vəzifəsi üzrə mütəxəssis) işi ilə tanışlıq
2. Vakansiyaların necə işləmək lazımdır. 3-ü 1-də Prinsipi
3. İşinizi tənzimləmək üçün tələb olunan daxili kommunikasiyaların təşkili
4. İş elanı üzrə resurslar və onların effektiv istifadəsi (Linkedin Premium-la işləmək qaydaları) Praktik çalışma
5. Aktiv axtarışlar və Headhunting üsulları
6. Daxil olan CV-lər üzrə çevik analiz üsulu. Praktiki çalışma
7. Namizədlərin phone screening prosesi. Telefonla müsahibə qaydaları. Suallar və cavablar. Praktiki çalışma

2-ci Təlim günü üzrə mövzular: (2 saat)

1. Şifahi Müsahibə qaydaları və üsulları. Praktiki çalışma
2. Namizədlərin psixotipləri: DİSC. Praktiki çalışma
3. Açıq və qapalı suallar. Praktiki çalışma
4. Namizədin seçilməsi və vakansiyanın bağlanması proseduru
5. İş təklifinin hazırlanması (Job Offer). Razılaşdırılma mərhələsi. Praktiki çalışma
6. İşçi seçimi üzrə mütəxəssis özü işi necə axtarmalıdır?
7. Agile Recruitment. İşimizi daha çevik və effektiv etmək üçün üsullar (Gələcəkdə sizə yardımçı olacaq materiallar və formalar)

Hər iki modulda, həm nəzəri, həm də praktiki hissələr mövcuddur. Qeyd edilən sahə üzrə azərbaycan dilində məhz yerli əmək bazarının tələblərinə tam uyğunlaşdırılmış ilk və yeganə təlimdir. Bu təlimi bitirən andan siz
tam rahatlıqla və sərbəst qaydada İşçi Seçimi üzrə Mütəxəssis (Çox vaxt bu vəzifəyə İşə Qəbul üzrə Mütəxəssis deyilir, lakin düzgün deyil) kimi işlərə müraciət edib işləyə biləcəksiniz. Həmçinin HR – İnsan Resurları sahəsində təcrübə olmadan iş tapmaq çox çətindir, lakin İşçi Seçimi üzrə Mütəxəssis vəzifəsinə işə düzəlməklə siz həm HR – İnsan Resursları şöbəsinə düzəlmiş olursunuz, eyni zamanda gələcəkdə özünüzü daha da təkmilləşdirərək HR mütəxəssis, HR Manager vəzifəsinə yüksələ bilərsiniz.

*Recruiting sahəsində əmək haqqı aralığı: 600 – 2500 AZN arasında dəyişir vəzifədən asılı olaraq. Mümkün olan vəzifələr: Rekruter, İşə qəbul üzrə mütəxəssis, İşə qəbul üzrə aparıcı mütəxəssis, İşə qəbul üzrə baş mütəxəssis, İşə Qəbul Şöbəsinin Meneceri, İşə Qəbul Şöbəsinin Rəhbəri (Head of Recruiting Department).

Təlimçi barəsində:

Çingiz Eyvazov – 15 ildən çoxdur ki, HR və Recruiting sahəsində çalışır. İlk karyerasını Azercell Telekom-da qurmuş və 5 ilə yaxın orada müvəffəqiyyətlə çalışmışdır. Məhz həmin illərdən Təlimlər verməyə başlamışdır. Daha sonra, Swift Engineering (Neft-Qaz sənayesində fəaliyyət göstərən qlobal şirkət, BP, Worley, Wood , Exxon Mobil, Saudi Aramco və.s. kimi qlobal şirkətlərin Avropa və Orta Şərq ölkələrindəki nümayəndəlikləri üçün xarici və yerli əməkdaşların seçimi prosesində iştirak etmişdir) şirkətində İşçi Seçimi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırda NES Fircroft şirkətində İşə Qəbul üzrə Baş mütəxəssis vəzifəsində çalışır.

Bu günə qədər çalışdığı şirkətlərin siyahısı: Azercell Telekom, Vital MMC, MeqaKom MMC, Swift Engineering, Accessbank, RAM Holding və NES Fircroft şirkətləri

Qiyməti: 150 AZN

QEYDİYYAT

Bir cavab yazın

Back to top button