Red Bull Shakh Carpet 2018

18 Fevralda Şahdağ dağ-xizək kurortunda ikinci dəfə Dünyada ən kreativ idman müsabiqəsi – Red Bull Shakh Carpet keçiriləcək. Hərfi tərcümədə “Xalçaların Şahı” kimi səslənən müsabiqənin mahiyyəti ondan ibarət idi ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün  vasitələrlə təchiz olunmuş iştirakçılar sonunda 80 sm. kiçik tramplin və 2 metrlik dərinliyində soyuq su ilə dolu hovuzu olan 80 metrlik yamacdan suruşərək atlanacaqlar. Ən maraqlısı da, iştirakçıların xüsusilə müsabiqə üçün yaratdığı hərəkət vasitəsinin ən əsas elementi XALÇA olacaq!

Qeydiyyatdan keçmək üçün iştirakçılar öncədən komandanın kreativ konsepsiyasını fikirləşməli, sürüşmək üçün xalçadan vasitə düzəltməli, orijinal ad fikirləşməli və müvafiq şən kostyumlar hazırlamalıdırlar.

Qeydiyyat

* Diqqət!

Konstruskiyanızın şəklini bu vərəqdəçəkərək bura yükləyin.
Konstruskiyanın mümkün olan maksimal ölçüləri:
– Uzunluğu: 3m
– Enliyi: 2.5m
– Hündürlüyü: 2.2m
– Ağırlığı: 80kq

Əlavə sualınız olsa 050 700 8700 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Rəylər

rəy(lər)