Redaktor Vakansiyası

Redaktor

İş saatı:Tam iş günü
İxtisas tələbləri: Müvafiq sahədə Ali təhsil;
Tələb olunan iş stajı: Müvafiq sahədə ən azı 5 il

Peşəkar səriştələr (bacarıq və biliklər) üzrə tələblər:

• İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməlidir;
• Yüksək savada, üslub hissinə, redaktə və ədəbi redaktə bacarıqlarına malik olmalıdır;
• İnternetdə məlumat axtarışı alətlərini tanımalı və onlardan tam surətdə istifadə etməyi bacarmalıdır;
• Redaksiyanın işinin təşkili prinsiplərini bilməlidir;
• Azərbaycan və rus dillərində peşəkar biliklərə malik olmalı;
• İngilis dilini bilməyi arzuolunandır;

Şəxsi səriştələr:

• Nəticəyə istiqamətlənməli;
• Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı olmalı;
• Yaradıcılıq qabiliyyəti olmalı;
• Dəqiq, səbrli və punktual;
• Stressə dözümlü,ani problemlər zamanı cəld və çevik davranmlı;
• Komandayla çalışmağı bacarmalı, operativ ve praktik olmalı;

Məsuliyyət sahələri üzrə öhdəliklər:

• Jurnalistlərin işinin təşkil etmək; Redaksiya tapşırıqlarının vermək; Müvafiq şəkildə mətnlərin redaktə etmək
• Gündəmdə məlumatların toplanması, təhlili və emalı;
• Dövlət idarələrinin mətbuat xidmətləri ilə əlaqələri yaratmaq.
• İnformasiya sorğularının tərtib etmək;
• Zəruri hallarda, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək;
• Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək;
• Sosial şəbəkələrlə işlərə nəzarət;
• Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirmək;
• Press-reliz, yaxud digər portallardan götürülmüş məlumatlar əsasında xəbərlərin təqdim olunması qaydalarına riayət etmək;
• Xüsusi mövzuların yaratmaq və mütəmadi yeniləmək;

Əmək haqqı danışıq əsasında təyin edilir.

Əgər sadalanan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, öz anket məlumatlarını (CV) subject/mövzu hissəsində “Redaktor edumap.az” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Uyğun namizədlər ilə əlaqə saxlanacaqdır. Uğurlar!

Bir cavab yazın

Back to top button