Redaktor Vakansiyası

Aşpaz (Milli Kulinariya) peşəsinin tədris proqramlarının və təlim materialların hazırlanması, yoxlanılması və redaktə edilməsi üzrə redaktorlar axtarılır.

İş tələbləri:

– Müvafiq peşələr üzrə beynəlxalq standartların araşdırılması və müəyyənləşdirilməsi;
– Təlimçi ilə təlim kontentinin müzakirə olunması;
– Hazırlanmış təlim materiallarının hazırlanması, yoxlanılması və redaktə edilməsi;
– Təlim kontentlərinə uyğun vizual brifin (illustrator və animator üçün) hazırlanması;
– Təlim videolarının çəkilişi zamanı çəkilişdə iştirak etmək və kontent baxımından çəkilişin uğurlu getdiyinə əmin olmaq;
– Montaj üçün uğurlu kadrların seçilməsi;
– Montajdan sonra ilkin videoların kontent baxımından uyğunluğunun yoxlanılması;
– Animatorun və illustratorun hazırladığı vizualların kontentlə müqayisəsi və yoxlanılması;
– Videonun son versiyasının kontent baxımından yoxlanılması və təsdiqlənməsi.

Namizəddən tələblər:

– Tədris – metodik materialların və proqramların hazırlanması üzrə təcrübə;
– Aradırma və tətbiqetmə bacarıqları;
– Qrammatik və leksik cəhətdən düzgün yazı qabiliyyəti.

İş müddəti:

– 3 ay (1 ay təlim materiallarının yoxalnılması və redaktə edilməsi, 1 ay video çəkilişlərdə iştirak, 1 ay video materiallarının yoxlanılması və təstiq edilməsi)

Mövcud vakansiya ilə maraqlanan şəxslər mövzu hissəsində “Redaktor edumap.az” qeyd etməklə [email protected] e-poçt ünvanına öz CV-lərini və portfoliosu barədə qısa məlumat göndərə bilərlər.

Bir cavab yazın

Back to top button