30 Mart 00:07

Redaktor/müəllif sahəsi üzrə təcrübə qazanmaq istəyən şəxslərin diqqətinə!

“NataOne – Dizayn Gələcəkdir” layihəsi tələbələri və ya redaktor/müəllif
sahəsi üzrə təcrübə qazanmaq istəyən şəxsləri könüllü olmağa dəvət edir.
Vakansiya barədə ətraflı məlumat, müraciət tələbləri və qəbul prosesi

barədə ətraflı məlumat aşağıda qeyd olunmuşdur.

Vakansiya barədə məlumat:
– Layihə hazırda dizaynın bütün sahələri, habelə, dəb, geyim stili,
trendlər və s. barədə məlumatlandırıcı yazılar, ən son xəbərlər, o
cümlədən, infoqrafik məlumatları özündə birləşdirən portal və tətbiq
olaraq fəaliyyət göstərir. Vakansiya çərçivəsində qəbul prosesini uğurla
tamamlayan dostlar online formada çalışma hüququ əldə etməklə portalda
yazarlıq və redaktorluq fəaliyyəti göstərəcək. İş tamamilə online
(backoffice) olduğu üçün tələbələr üçün əlverişlidir.

Müraciət tələbləri:
– Azərbaycan dilinin qrammatik və üslub qaydalarını mükəmməl bilmək
– Araşdırmaya həvəsli olmaq
– Dizayn, dəb, geyim stili mövzularına maraqlı olmaq

Qəbul prosesi:
-CV-nizə baxıldıqdan sonra siz 24 saatlıq online WordPress CMS sistemi
ilə bağlı təlimə cəlb olunacaqsınız. (bu təlimlər həmçinin hər ay sonu
keçirilir və beləliklə, siz WordPress sistemində rahatlıqla işləmə
bacarığına yiyələnəcəksiniz)
– Təlimi uğurla keçmiş şəxslərə könüllülük fəaliyyəti ilə bağlı elektron
sənədlə bərabər portala giriş üçün xüsusi loqin və parol əldə edirlər.

Müraciət etmək üçün CV-lərinizi və ya özünüz haqqında qısa məlumatı
(təhsilinizlə bağlı məlumatı mütləq daxil etməklə) [email protected]
elektron poçtuna göndərməyiniz kifayətdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)