6 Sentyabr 00:04

“Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyi sentyabrın 1-dən “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Zərdab və Ucar şəhərlərində həyata keçirilən layihə 3 ay davam edəcək.

Layihənin məqsədi regionlarda və kəndlərdə gəncləri könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Belə ki, sosial çarxlar və geniş məlumatlandırma aksiyaları vasitəsilə həmin gənclər könüllülük fəaliyyətinə və ictimai fəaliyyətə, müxtəlif tədbirlərə cəlb ediləcəklər. Gənclər “offline” və “online” qaydada qeydiyyatdan keçərək könüllü olacaqlar. Könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcək.

Layihə nəticəsində gənclərdə təşəbbüskarlıq vərdişləri yaranacaq, müxtəlif tədbirlərdə iştirak etməklə ictimai fəaliyyətləri yüksələcək, bilik və bacarıqları inkişaf edəcək. Layihə iştirakçıları olan gənclər ünsiyyət bacarığına yiyələnəcək, birgə-qrup halında işləməyi öyrənəcəklər. Bundan əlavə, onlar irəli sürülən aktual mövzular ətrafında biliklər əldə edəcək, təqdimat bacarıqlarını öyrənəcək, özlərini və gördükləri işləri təqdim etmək vərdişlərinə yiyələnəcəklər. Layihə nəticəsində gənclərdə ictimai fəallığa mane ola biləcək psixoloji kompleks aradan qalxacaq, sosiallaşma bacarığı inkişaf edəcək. Beləliklə, həmin gənclər ictimai fəal şəxslərə çevriləcəklər ki, bu da onların gələcək uğurlarının təməli olacaq.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirəcəyimiz “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı yeni layihəmizdə könüllü ol! Bizə qoşul!
Linkə buradan daxil ola bilərsiniz…

LİNK

Bəyən və paylaş

Rəylər

rəy(lər)