14 İyun 16:11

“Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsi keçiriləcək

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ:

Sizi “İntellekt” Sərhədsiz Maarifçi Gənclər ictimai birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Lənkəran, Astara və Lerik rayonlarında həyata keçirilməsi planlaşdırılan “Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” xüsusi təlim və gəzinti proqramında iştirak etməyə dəvət edirik. Proqram 2 qrupda olmaqla 40 nəfər (hər qrupda 20 nəfər) üçün nəzərdə tutulub və 2 gün müddətinə davam edəcəkdir.

 

İlk 20 nəfərlik qrup iştirakçıları 28.06.2019-cu il tarixində Lənkəran şəhərinə səfər edəcək, könüllülük və könüllü fəaliyyət barədə təlimdə iştirak edəcək, şəhərin tarixi və görməli yerləri ilə tanış olacaqlar. Təlimin ikinci günü qrup Astara rayonuna səfər edəcək və burada Astara rayon orta məktəblərində təhsil alan şagirdlərlə görüşəcək və onlara öz şəxsi təcrübələrində təhsil və karyera haqqında məlumat verəcəklər.

 

İkinci 20 nəfərlik qrup iştirakçıları 12.07.2019-cu il tarixində Lənkəran şəhərinə səfər edəcək və həmin proqram üzrə təlimdə iştirak etdikdən sonra növbəti gündə Lerik rayonunun məktəb şagirdləri ilə görüşəcəklər.

 

Hər iki qrup səfər etdikləri rayonların görməli yerləri haqqında əyani təsəvvür əldə edəcəklər.

 

Proqramda iştirak tələbələr üçün pulsuzdur və oteldə gecələmə, qidalanma və proqram aid nəqliyyat xərcləri (Lənkərana gediş-gəliş xərci istisna) təşkilat tərəfindən qarşılanacaqdır.

 

Proqramda yerlər məhduddur və iştirak etmək istəyən tələbələr aşağıdakı linkə daxil olaraq 23.06.2019-cu il tarixinədək qeydiyyatdan keçməlidirlər. Yalnız uyğun və motivasiyası güclü namizədlər proqramda iştirak etmək imkanı qazanacaqlar.

 

 

Qeydiyyat linki: LİNK

 

Əlaqə üçün:

https://www.facebook.com/intellekt.gencler.teshkilati/

Bəyən və paylaş

Rəylər

rəy(lər)