Regionlarda vətəndaşların qəbulu davam etdirilir

İyunun 1-dən Regional Təhsil idarələrinin (RTİ) müdirləri tərəfindən vətəndaşların qəbulu prosesi həyata keçirilir. Vətəndaşlar Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna zəng, elektron (https://lnkd.in/egrcnJdm), “Whatsapp” xidmətinə (0512067848) və RTİ-yə telefon və ya e-mail vasitəsilə birbaşa müraciət etməklə qəbula yazıla bilərlər. Qeyd edək ki, Regional Təhsil idarələrində vətəndaşların qəbulu müntəzəm olaraq həyata keçiriləcək. Vətəndaşlar Regional Təhsil idarələrinə yaxınlaşmaqla müraciətlərini müvafiq struktur bölmə rəhbərlərinə çatdıra bilərlər. Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması Təhsil Nazirliyinin qarşısına qoyduğu əsas vəzifələrdən biridir.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az