6 Oktyabr 17:44

Rejissor Pavel Lozinskinin iştirakı ilə seminar

Polşa rejissoru Pavel Lozinskinin iştirakı ilə seminar

Sərlövhə: Sənədli filmdə özünə istinad

Bu seminar, tamaşaçıların fəal iştirakı ilə kinematoqrafiya üsulları və metodlarının təqdim edilməsinə həsr olunacaq. Seminar “sənədli filmdə özünə istinad” mövzusu ətrafında açıq müzakirə formasında aparılacaq.

Paveł Lozinski – Polşa rejissoru, operator və sənədli film istehsalçısı. Beynəlxalq festivallarda 20-dən çox mükafat qazanmış sənədli filmin müəllifidir. Birthplace (Doğum yeri), The way it is (Əslində belədir) və ən sonuncu, You Have No Idea How Much I Love You 2016 (Səni nə qədər sevdiyimi ağlına belə gətirə bilməzsən) filmləri, yeni tematik sahələrdə macəra axtarışı və sənədli film janrında görünməyən boşluqların araşdırdırılması üçün yenilikçi hesab olunurlar.

Rejissor və onun filmləri haqqında daha ətraflı məlumat üçün:http://culture.pl/en/artist/pawel-lozinski

(Seminar ingilis dilində olacaq, Azərbaycan dilinə tərcüməsi ilə)

İŞTİRAK ÜÇÜN QEYDİYYAT:
Zəhmət olmasa, qeydiyyat formasını burada doldurun:

Qeydiyyat Forması

Tarix: 17 oktyabr, 10:00-13:00
Məkan: Landmark Building II, 90A Nizami küç.
Giriş hər kəs üçün sərbəstdir

Bəyən və paylaş